Gürcüstanda hərbçilər üçün məscid

Tina Khidasheli

Gürcüstanın müdafiə naziri Tina Khidasheli silahlı qüvvələrdə xidmət edən müsəlmanlar üçün ilk məscidin açılışını edib.

O martın 6-da Kutisidəki hərbi qərargahda çıxış edərkən bildirib ki, Gürcüstanın din azadlığına konstitusiya ilə təminat verilən azad ölkə olduğunu bildirib.

Nazir qeyd edib ki, yaxın vaxtlarda hərbçilər üçün daha 2 məscid fəalliiyət göstərəcək.

Gürcüstan əhalisinin təxminən 10 faizini azərbaycanlılar da daxil olmaqla müsəlmanlar, təşkil edir.

Amma bu ölkədə məscid və ya müsəlman dini məktəbinin açılması elə də müsbət qarşılanmır.

2014-cü ildə Acariyanın Kobuleti şəhərində islam məktəbinin açılacağı gözlənilən binanın qapısına donuz başı yapışdırılmış və yerli sakinlər bunu təhqir adlandırmışdılar.