“Azersky” peyki nə qədər gəlir gətirəcək?

İllüstrasiya

-

Azərbaycan hökumətinin proqnozlarına görə, bu il “Azersky” peykin xidmətlərindən əldə edilən gəlirlər 200 milyon dolları ötməlidir.

Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi fəaliyyət hesabatında belə deyilir. Trend xəbər verir ki, hesabat martın 15-də parlamentdə müzakirə ediləcək.

“Azersky” aşağı orbitli peykin idarəçiliyi Azərbaycana məxsusdir. Azərbaycan bu hüququ “Azərkosmos”la Franasının "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında əldə edib.

Bu saziş 2014-cü il dekabrın 2-də imzalanıb.