Sirkə turşusu içib özünü öldürmək istədi

-

Oğuzda 35 yaşlı kişinin intihara cəhd etdiyi bildirilir. “APA” informasiya agentliyinin xəbərinə görə, martın 7-də axşam saat 21:20 radələrində Oğuz rayonu Sincam kənd sakini, 35 yaşlı E. B. ağır vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 35 yaşlı E. B. intihar etmək məqsədi ilə sirkə turşusu içib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən E. B-yə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.

Hələlik, onun özünü nədən öldürmək istəməsinin səbəbi bilinmir.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.