«Yuxu»nun rejissoru əbədi yuxuya getdi

Fikrət Əliyev

-

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev vəfat edib.

«Report» xəbər verir ki, o, uzun sürən ağır xəstəlikdən sonra martın 8-i səhər saatlarında keçinib.

Fikrət Əliyevin bu gün günorta Əmircan qəbiristanlığında, oğlu R.Əliyevin yanında dəfn ediləcəyi bildirilir.

Fikrət Əliyevin itkin düşən 43 yaşlı oğlu, «İctimai TV»nin əməkdaşı Rəşad Əliyevin meyiti fevralın 27-də dənizdən tapılıb.

Fikrət Əliyev 1939-cu il dekabrın 12-də Bakıda anadan olub.
1972-ci ildə Moskvada ÜDKİ-nin iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən «Azərbaycanfilm» kinostudiyasında işləyib.

O, «Yuxu», «Axırıncı dayanacaq», «Ölüm növbəsi» filmlərin rejissoru olub.