Avropa Türkiyənin addımını alqışlayır

Donald Tusk

Avropa Birliyi liderləri miqrant böhranı ilə bağlı Türkiyə ilə ilkin razılaşmanı alqışlayıb.

Razılaşmaya əsasən Türkiyə Avropadakı qanunsuz miqrantları geri qəbul etməli, Avropa Birliyi isə əvəzində Ankaraya əlavə vəsait ayırmalı, onunla üzvlük danışıqları və vizasız gediş-gəliş sistemini tezləşdirməlidir.

Bu Brüsseldə keçirilən Avropa Birliyi-Türkiyə sammitinin sonunda bəyan edilib.

Martın 7-də başlayan sammit 15 saat sürüb.

Amma liderlər bildirblər ki, sənədin detalları üzərində hələ iş aparılmalıdır.

Martın 17-18-nə nəzərdə tutulan toplantıda yekun razılaşma əldə oluna bilər.

Almaniya kansleri Angela Merkelllə Böyük Britaniyanın baş naziri David Cameron Türkiyənin təkliflərini alqışlayıb və bunun problemin həllində vacib irəliləyiş olduğunu bildiriblər.

“Qeyd edək ki, Avropa Birliyi miqrant böhranına görə bundan əvvəl Türkiyəyə 3 milyard avro ayırıb.

Məqsəd Avropaya qaçqın axınını azaltmaq, onların Türkiyədə şəraitini yaxşılaşdırmaqdır.

Hazırda Türkiyədə 2 milyondan çox qaçqın var. Onların əksəriyyəti Suriya və İraqdandır.