UNESCO-da kəlagayının təqdimatı

-

Azərbaycanın UNESCO yanındakı nümayəndəliyi bu təşkilatda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə milli baş geyimi - kəlağayının təqdimat və satış mərasimini təşkil edib.

Azərtac-ın xəbərinə görə, daimi nümayəndəliyin rəhbəri Anar Kərimov kəlağayı sənəti haqqında məlumat verib. O, deyib ki, kəlağayı sənəti xalqın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində mühüm yer tutur. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir.

Mərasimdə müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri olduğu diqqətə çatdırılıb.

Mərasimdə Şəki şəhərində olan kəlağayı emalatxanalarında iş prosesini əks etdirən videoklip nümayiş etdirilib.