Xorvatiya millisinin məşqçisi "Ayntraxt"da

Niko Kovac

Almaniyanın “Ayntraxt” klubuna yeni baş məşqçisi təyin edilib.

Klubu Niko Kovac çalışdıracaq.

Klubun yaydığı məlumata görə, 44 yaşlı məşqçi ilə 2017-ci ilə qədər müqavilə imzalanıb.

Kovaçın son iş yeri Xorvatiya millisi olub.

Azərbaycan millisinin üzvü Emil Balayevin də şərəfini qoruduğu “Ayntraxt” hazırda 24 xalla 16-cı yerdədir.