Neftçalada 11 yaşlı qız özünü asıb

-

Neftçalada intihar hadisəsinin baş verdiyi bildirilir. "Report" xəbər verir ki, hadisə martın 8-də axşam saatlarında rayonun “Mayak-2” deyilən ərazisində qeydə alınıb.

Həmin yerin sakini, 11 yaşlı Xədicə Rüstəm qızı Kazımova damdan özünü asaraq intihar edib. Azyaşlı qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.