-
İsveçrənin Bazel şəhərində 11-ci «Cinema Querfeld» film festivalı keçirilib.
Festivalda Azərbaycan rejissoru Elçin Musaoğlunun «Nabat» filmi nümayiş etdirilib. «Report»un xəbərinə görə, filmin nümayişindən əvvəl «Azərbaycanın dostları» Assosiasiyasının sədri Arzu Bodmer çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, bu bölgənin tarixi və mədəniyyəti barədə qonaqlara məlumat verib. Sonra filmin əsas ideyası və çəkiliş prosesi ilə bağlı rejissor Elçin Musaoğlunun fikirləri dinlənilib.
Filmin nümayişindən sonra tamaşaçılarla festival nümayəndələri arasında fikir mübadiləsi aparılıb.
Bu festival İsveçrə ilə birlikdə diaspor təşkilatlarının dəstəyi ilə keçirilir. Filmlər çəkildiyi dildə, almanca alt yazılarla tamaşaçılara təqdim edilir.