-
Avstraliya 9 min iranlı miqrantı ölkəsinə qaytara biləcəyinə ümid edir. Avstraliya mediası martın 9-da yazıb ki, bu barədə Tehranla yeni saziş imzalanacağı gözlənir.
Avstraliya Xarici işlər naziri Julie Bishop iranlı həmkarı Javad Zarif-lə bir razılaşma üzərində işləyir. Tehran iranlı sığınacaq istəyənləri uzun müddətdir qəbul etmirdi, indi buna son qoyula bilər.
Zarif martın 15-də Kanberaya səfər edəcək. Səfər çərçivəsində repatriasiya razılaşması imzalanacaq. Avstraliya İrandan təminat alacaq ki, həmin iranlılar ölkələrində təzyiqə məruz qalmayacaq, cəzalandırılmayacaqlar.
9 min iranlıdan 400-ü Avstraliyanın Sakit Okean adalarında maliyyələşdirdiyi immiqrasiya mərkəzlərində yaşayır.
Avstraliya 9 min iranlının qaçqından çox, daha yaxşı iş axtaran iqtisadi miqrantlar olduğunu bildirir.