Rusiyada "Savchenkoya azadlıq" aksiyası

Foto arxiv

Martın 9-da Sankt-Peterburq şəhərində Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenkoya azadlıq tələbi ilə aksiya keçirilib.

AzadlıqRadiosunun müxbiri Tatyana Voltskayanın məlumatına görə aksiyada 10 vətəndaş cəmiyyəti fəalı iştirak edib.

Onlar “Savchenkoya azadlıq”,“Savchenkonu xilas edəcəyik” kimi şüarlar səsləndiriblər.

Aksiya qəfil keçirilib və polis tərəfindən müdaxil olmayıb.

Martın 9-da Moskvada da eyni tələblə aksiya keçirilib.

Azı 2 nəfərin saxlandığı bildirilir.

Savchenko 2014-cü ildə Ukraynanın şərqində saxlanıb. O, rusiyapərəst separatçılar tərəfindən saxlandığını, qanunsuz olaraq Rusiyaya aparıldığını deyir.

Savchenko iki rusiyalı jurnalistin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

O ittihamı rədd edir və quru aclığa başlayıb.

Martın 21-22-də hökm oxunacağı gözlənilir.

Prokuror ona 23 il həbs cəzası istəyib.