Prezident təhsil komissiyasını ləğv edib

İlham Əliyev

-

Prezident yanında təhsil komissiyası ləğv edilib.

Prezident İlham Əliyev martın 9-da bununla bağlı sərəncam verib. Həmin sərəncamla təhsil komissiyasının yaradılmasını nəzərdə tutan 2005-ci il mayın 30-da verilən sərəncam ləğv edilib.

Dövlət başçısı həmçinin təhsil komissiyasının tərkibini təsdiq edən 7 fevral 2011-ci il və 24 may 2013-cü il tarixli sərəncamları da ləğv edib.

Təhsil komissiyasının sonuncu tərkibi 2013-cü ildə təsdiqlənmişdi.