“Çeçen Umar” ağır yaralanıbmış

IUmar al-Shishani (ortada)

-

ABŞ rəsmilərinin hava zərbəsində öldüyünü güman etdiyi İŞİD komandiri ağır yaralanıbmış. Bunu martın 9-da suriyalı müşahidəçilər və fəallar bildirib.

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının komandirlərindən biri, etnik çeçen Umar al-Shishani hava zərbəsində “ciddi cəsarət alıb”, ancaq sağ qalıb və Raqqada xəstəxanaya aparılıb. Suriya İnsan Haqları Təşkilatı bu barədə mediaya məlumat verib. Qurumun Suriyada müşahidəçilər şəbəkəsi var.

CNN də Suriyadakı müxalifət fəallarına əsasən məlumat yayıb ki, əsl adı Tarkhan Batirashvili olan Shishani xəstəxanadadr.

ABŞ rəsmiləri martın 8-də bir neçə media qurumuna onun “çox güman” öldüyünü bildirib.

Shishani İŞİD-in “müdafiə naziri” də adlandırılır.