Robert Levinson-u tapmağa çalışırlar

Robert Levinson

-

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) bildirir ki, İran hakimiyyəti qurumun istefada olan agenti Robert Levinson-un yerinin müəyyənləşdirilməsində köməklik göstərir. Levinson 9 il öncə İranın kurort adasında itkin düşüb.

“İran hökumətilə ABŞ-ın əməkdaşlığından ürəklənmişik. İnanırıq ki, Bob-u tapıb ailəsinə qovuşdurmağımız İran hökumətinin səylərindən də asılıdır”, FBI martın 9-da bildirib.

İran yanvarda həyata keçirilmiş məhbus mübadiləsinin bir hissəsi olaraq keçmiş agentin tapılmasına da kömək etməyə razılaşıb.

Levinson 2007-ci ilin martında Dubaydan Kiş adasına gedib, orada Daoud Salahuddin adlı amerikalı islamçı yaraqlı ilə görüşüb. Salahuddin Amerkada ittihamla üzləşəndən sonra İrana qaçıb.