-
Avropaya Balkan marşrutu adlanan yol bu həftə tamamilə bağlanıb. Ötən il bir milyondan artıq miqrant həmin marşrutla Avropaya gedib.
Martın 7-dən Makedoniya Yunanıstanla sərhəddəki məntəqəni bağlayıb. Miqrantlar buradan keçib Almaniya və Danimarkaya üz tuturdular.
Avstriya Daxili işlər Naziri isə sərhədini birdəfəlik bağladığını bildirib. Johanna Mikl-Leitner martın 10-da Almaniyanın "Die Welt" qəzetinə deyib ki, “mövqeyim aydındır: Balkan marşrutu bağlanıb, həmişəlik bağlanıb”.
Avropa Birliyinin Prezidenti Donald Tusk martın 10-da tvitterdə yazıb:
“Qərbi Balkan marşrutu ilə qanunsuz miqrant axını sona çatdı. Qərbi Balkan ölkələrinə miqrasiya böhranının həllində AB strategiyasının bir hissəsini icra etdiklərinə görə təşəkkür edirəm”.