-
Martın 11-də Bakı və Abşeronda gecə yağış yağacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14 isti olacaq. Bakıda isə gecə 5-7, gündüz 11-13 dərəcə isti gözlənilir.
Ölkənin rayonlarında da arabir yağış yağacağı bildirilir. Yüksək dağlıq ərazilərdə yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var.
Gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.