-
Gürcüstanda yaşayan erməni qadın Sona Akopyan Azərbaycan dilində kitab yazıb, onu Bakıda çıxarmaq istəyir.
1954-cü ildə Bakıda doğulmuş S.Akopyan 76 nömrəli məktəbi bitirib. 1990-cı ildə iki ölkə arasında münaqişə alovlananda bacısı və anasıyla birlikdə Yerevana, daha sonra Gürcüstana köçüb.
Kitab S.Akopyanın gənclik illərində Sovet Azərbaycanında yaşadığı sevgi macəralarından bəhs edir, bir sevgi macərası arxasınca başqası gəlir.
Romantik məhəbbət belletristikası janrında yazılmış kitab iki ölkə arasındakı münaqişə mövzusuna bir cümləylə də toxunmur.
S.Akopyan bu kitabın Bakıda çap olunsa, Azərbayanda bu il ən çox satılan kitab olacağına inanır.