Papanın gəliş günü dəqiqləşdirilir

Francis

-

Roma Papası Francis Azərbaycana gələcək. Səfərlə bağlı hazırlıq işləri aparılır.

Bunu Azərbaycan Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete deyib.

APA-nın xəbərinə görə, V.Fekete qeyd edib ki, hazırda Vatikanın Cənubi Qafqazdakı nunsisi Romadadır və səfərin detallarını dəqiqləşdirir.

O, səfərin dəqiq tarixinin hələ bəlli olmadığını bildirib.