Martın 10-da Ermnistanın paytaxı Yerevanda siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirilib.
Parlament binasının qarşısında keçirilən aksiya zamanı 10-dan çox fəalın saxlandığı bildirilir.
Bu barədə AzadlıqRadiosunun erməni xidmətinə polis məntəqəsindən fəalların özləri məlumat verib.
Yerevan polis rəisinin müavini Valeri Osipyanın sözlərinə görə isə onlar polisin tələblərinə tabe olmadıqlarına görə saxlanıblar.