AB 6 min qaçqın qəbul etməyə çağırıb

Dimitris Avramopoulos

Avropa Birliyi miqrant böhranını yüngülləşdirmək üçün üzv ölkələri hər ay Yunanıstan və İtaliyadan gələn 6 min qaçqın qəbul etməyə çağırıb.

Avropa Birliyi ötən ilin sentyabrında Yunanıstan və İtaliyadan gələn 160 min qaçqının qəbul edilməsi barədə sxem qəbul edib.

Avropanın miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopoulos martın 10-da jurnalistlərə bildirib ki, bu ölkələrdən bəzilər bu müddət ərzində 1 nəfər də olsun qaçqın qəbul etməyib.

O qeyd edib ki, əgər bu işləməsə sistem baş tutmayacaq.

Amma o məqsədin baş tutacağına ümidlə yanaşdığını deyib.

Qeyd edək ki, Almaniya təkcə ötən il 1 milyondan çox qaçqın qəbul edib və indiyədək ən çox miqrant qəbul edən Avropa Birliyi ölkəsidir.

Qaçqınların əksəriyyəri Suriya, İraq və Əfqanıstandandır.