Oqtay Əsədov Erdoğanla görüşüb

-

Martın 10-da Türkiyə prezidenti R. Erdoğan bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edib.

“Azərtac” informasiya agentliyi xəbər verir ki, qəbulda Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan parlament nümayəndə heyəti Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Bu görüşdə də qeyd edilib ki, Azərbaycan-Türkiyə münasibətləri dünyada dostluğa və qardaşlığa nümunədir.

Azərbaycan parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla da görüşü olub.