İranda edamların səbəbi

Ahmed Shaheed

-

İranda son illər edamların artmasının səbəbi narkotik maddələrdən istifadəyə qarşı sərt qanunlardır.

Bunu BMT məruzəçisi deyir.

Martın 10-da yayılmış hesabatda Ahmed Shaheed bildirir ki, ötən il İranda 966 nəfər edam olunub. 2013-cü ildə bu rəqəm 697, 2005-ci ildə 91 idi.

Məruzəçi edamların artmasını həmin qaydaların pozulmasına bağlayır.

«İran qanunlarına görə, 30 qram heroin, yaxud kokain saxlamaq ölüm cəzasına bərabərdir», -məruzəçi bildirir.

Ancaq o, hazırda həbsxanalarda yüzlərlə jurnalist, bloqqer, fəal, müxalifətçinin də edam cəzası qorxusu ilə qaldığını sözlərinə əlavə edib.

Artıq 5-ci ildir bu vəzifədə olan Shaheed İrana buraxılmır.