-
Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan 22 milyon manat kredit götürüb.
Bu haqda fondun icraçı direktoru Azad Cavadov modern.az-a danışıb.
İcraçı direktor kreditin cəlb olunmasının sığortaların ödənilməsində vəsait çatışmazlığı ilə bağlı olduğunu ifadə edi:.
“Fond sığorta hadisəsi baş vermiş banklara 110 milyon manat ödəyib. Ümumilikdə isə 148 milyon manat ödəniş edilməlidir” - deyə icraçı direktor bildirib.
Əmanətlərin Sığortalanması Fondu 2007-ci ilin avqustunda ölkə başçısının fərmanı ilə yaradılıb. Banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən götürülmüş əmanətlərinqaytarılması məqsədini daşıyır.
Fondun icraçı direktoru bir müddət öncə Azadlıq Radiosuna kredit üçün Mərkəzi Banka müraciət etdiklərini açıqlamışdı.