Ramil Usubovun 1-ci müavini olacaq

Ramil Usubov

-

Bundan sonra daxili işlər nazirinin birinci müavini postu da olacaq.

Prezident İlham Əliyev martın 11-də bununla bağlı fərman verib.

Fərman “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” prezidentin 30 iyun 2001-ci il tarixli fərmanına dəyişiklikləri nəzərdə tutur.

Daxili işlər nazirinin birinci müavinini prezident təyin edəcək. Daxili işlər naziri öz səlahiyyətlərinin həyata keçirilməsini birinci müavininə, nazir müavinlərindən birinə tapşıra biləcək.

Bu vaxta qədər Daxili İşlər nazirlərinin yalnız müavinləri olub.

Onlar ayrı-ayrı sahələrə cavabdeh olub.