Meksikada 80-dən çox adam qripdən ölüb

Foto illüstrasiya

-

Meksikada qripdən ölənlərin sayı 80-i keçib.

Bu haqda ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Martın əvvəlindən bu ölkədə epidemiya hökm sürür. Məktəb və bağçaların bir hissəsi qripə görə bağlanıb.

Epidemiya ölkənin paytaxtı da daxil olmaqla 4 ştatını əhatə edir.