Əl-Qaeda 16 nəfəri qətlə yetirib

Fil Dişi Sahilinin prezidenti Alassane Ouattara hadisə yerinə baş çəkib və bəyan edib ki, atışmada 14 mülki, iki hərbçi həlak olub.

-

Əl-Qaedanın Şimali Afrika qolunun silahlıları Fil Dişi Sahilində dörd avropalı da daxil 16 nəfəri qətlə yetiriblər.

6 silahlı, xaricililərin istirahət etməyi sevdikləri Grand Bassam sahilindəki otelləri hədəfləyiblər.

Ölkənin kommersiya mərkəzi sayılan Abidjandan 40 kilometrlik məsafədə baş vermiş atışmada hücum edənlərin özləri də təhlükəsizlik qüvvələri tərəfindən öldürülüblər.

Fil Dişi Sahilinin prezidenti Alassane Ouattara hadisə yerinə baş çəkib və bəyan edib ki, atışmada 14 dinc sakin, iki hərbçi həlak olub.

Öldürülmüş avropalılardan yalnız birinin Fransa vətəndaşlığı olduğu bəllidir.

4 avropalı Chelsea və Etoile du Sud mehmanxanalarında qətlə yetirilib.

İslamı Məqribdə Əl Qaeda (Al Qaeda in the Islamic Maghreb) bazar günü törədilmiş qətliama görə məsuliyyəti üzərinə götürüb.

Çimərliyə günorta çağı hücum edənlərin hamısı qara paltar geyinmişdi.

Təhlükəsizlik qüvvələri yaxınlıqdakı otellərin sakinlərini evakuasiya edib.

İki ay bundan əvvəl ekstremistlər qonşu Burkina Fasonun paytaxtı Uqaduquda onlarca insanı qətliam etmişdilər.

O, hücumun da İslami Məqrib tərəfindən törədildiyi xəbər verilmişdi.

Müxbirlər bildirirlər ki, islamçı terrorizm əvvəllər görünmədiyi Afrika ölkələrinə ayaq açır.