Belarusda tanınmış biznesmen saxlanıb

Yury Chizh

-

Belarusda tanınmış biznesmen Yury Chizh böyük miqyasda vergidən yayınma ittihamıyla saxlanıb.

Chizh 1990-cı illərdən bəri Prezident Alyaksandr Lukashenka-nın yaxın müşaviri idi, son bir neçə ay ərzində münasibətlərinin korlandığı bildirilir.

Təqsirli bilinərsə, Chizh 7 il həbs cəzası ala bilər.

“Triple” firmasının sahibi olan Chizh Belarus təhlükəsizlik xidməti tərəfindən saxlanıb.

KGB təhlükəsizlik xidmətinin təmsilçisi Dmitry Pobyarzhin biznesmenin KGB təcridxanasında saxlandığını bildirir.

Avropa Birliyi 2012-ci ildə Chizh-i insan haqları pozuntularına yol verən fərdlərə qarşı sanksiya siyahısına salıb.

AB fevralda sanksiyaları qaldırıb.