-
Yunanıstan Makedoniya ilə sərhədinə toplaşmış minlərlə mirantı oradan uzaqlaşdırmağa çalışır. Səbəb Hepatit A-nın yayılmasıdır.
12 mindən çox miqrant İdomeni şəhəri yaxınlığında palçıqlı çadır şəhərciyində qalır. Onlar sərhədi keçməyə ümid edirlər, ancaq Makedoniya və digər ölkələr sərhədi bağlayıb.
Frans Pres-in məlumatına görə, matın 12-də 200-dək miqrant düşərgədəki şəraitə etiraz aksiyası keçirib. Onlar “sərhədi açın” şüarı səsləndiriblər, dəmiryolunun üzərində oturublar.
Yerli hakimiyyət vərəqələr paylayaraq miqrantları Yunanıstan ərazisindəki binalara, mərkəzlərə köçməyə səsləyib.
“Reuters” agentliyi 9 yaşlı bir suriyalı qızın Hepatit A-ya yoluxduğunu bildirib.