-
«Aztelekom» MMC-yə yeni rəhbər təyin olunub.
APA-nın xəbərinə görə, Suat Paşayev MMC-nin baş direktoru vəzifəsinə gətirilib.
S.Paşayev «Rcom» şirkətinə rəhbərlik edib.
Buna qədər isə «Aztelekom» MMC-nin baş direktoru Məhəmməd Məmmədov olub. O, Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib. Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
«Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbsdədir.