Fevralda sərhədi pozan 34 nəfər tutulub

-

Təkcə fevralda dövlət sərhədini pozduqları üçün 34 nəfər saxlanıb.

Dövlət Sərhəd Xidmətinin xəbərinə görə, sərhəd pozanların 11 nəfəri Azərbaycan vətəndaşı olub. Yerdə qalanlar İran, Qana, Pakistan , Özbəkistan, Ukrayna , Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşlarıdır.

Fevralda sərhəd keçid məntəqələrində həmçinin, hüquq-mühafizə orqanlarının axtardığı 391 nəfər tutulub.

Martın 13-də Azərbaycan-İran sərhədini pozmağa cəhd göstərdikləri deyilən qrupa atəş açılmışdı. Nəticədə 3 Banqladeş vətəndaşı, 2 Azərbaycan vətəndaşı həlak olmuşdu.