-
Martın 15-də Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Azərbaycana gələcək.
Avropa Birliyinin xüsusi nümayəndəliyindən APA-ya bildiriblər ki, H. Salber Azərbaycanda olarkən rəsmi şəxslərlə görüşəcək. Səfər martın 16-da başa çatacaq.
AB rəsmisinin görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlərin xüsusilə diqqət mərkəzində olacağı bildirilir.