Yarış atına kostyum tikdiriblər

Foto arxiv

Buna əlbəttə tam “At paltoda” demək olmaz, amma nəsə bənzər bir şeydir.

Hazırda təqaütdə olan “Morstet” ləqəbli ayğır kamera qarşısında eleqant tvid kostyumunu nümayiş etdirir.

Bu kostyumu ona artıq 200 ildir ki, Çeltnemdə keçirilən illik yarış ərəfəsində geyindiriblər.

Parçanı tvidin vətəni sayılan Şotlandiyanın Harris adasından gətiriblər.

Kostyuma 18 metr parça sərf edilib ki, bu bu, adi, insan kostyumu üçün nəzərdə tutulandan 10 dəfə çoxdur.

Kostyum 1 aya başa gəlib,dizaynerlərin sözlərinə görə, at ölçü, nümunə zamanı özünü çox yaxşı aparıb və onunla işləməkdən yalnız zövq alıblar.

Tvidli atı Toni Makkoy (Tony McCoy) nümayiş etdirib. O da bu yaxınlarda, 20-ci dəfə İngiltərədə ən yaxşı jokey adını qazandıqdan sonra təqaütə çıxıb.

Belə ki, budəfəki yarışı o tamaşaçı kimi izləyəcək və çox güman ki, o da tvid kostyum geyəcək-bu material çempionata gələn tamaşaçılar arasında çox dəbdədir.