Prezident daha bir başçını dəyişdi

İlham Əliyev

-

Prezident İlham Əliyev Elçin Hüseynəliyevi Naxçıvan Muxtar Respublikasının Babək rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Ölkə başçısı martın 14-də bununla bağlı sərəncam imzalayıb.

O, Rasim Hüseynovu Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edib.

Prezident son həftələrdə Laçın, Cəbrayıl və Salyan rayonlarının icra başçılarını dəyişmişdi.