TAP-ın təməli mayda atılacaq

-

Mayda Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik Boru xəttinin (TAP) təməlqoyma mərasimi keçiriləcək.

Bu haqda Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skourletis xəbər verib.

Report-un xəbərinə görə, Azərbaycan qazını Avropaya çatdıracaq olan TAP-ın təməlqoyma mərasiminə Avropa Birliyinin, ABŞ, Azərbaycan, Yunanıstan, Türkiyə, Albaniya, İtaliya və Bolqarıstanın yüksək rütbəli şəxsləri qatılacaqlar.

2020-ci ildə TAP vasitəsilə ilk Şahdəniz qazının Avropaya çatdırılması proqnozlaşdırlır. TAP-ın əsas səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz) şirkətləridir.