Məktəbəqədər təhsil qanunu hazırlanır

-

Parlament “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlayacaq.

Martın 14-də parlamentin elm və təhsil komitəsində qanun layihəsini hazırlayacaq işçi qrupun tərkibi təsdiq edilib.

Azərtac-ın xəbərinə görə, komitənin sədri İsa Həbibbəyli deyib ki, təhsil haqqında qanunvericilik məktəbəqədər təhsili gərəkli səviyyədə əhatə etmir:

““Təhsil haqqında” qanun çərçivə qanunu olduğundan, orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar əksini tapıb. Məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi və əhatə dairəsi . Azərbaycanda məktəbəqədər təhsil 3, məktəbəhazırlıq dövrü isə 5 yaşdan başlayır” - deyən komitə sədri qeyd edib ki, yeni qanun hazırlanarkən beynəlxalq təcrübə öyrəniləcək.