İran 69 seçki dairəsində qalibləri müəyyən eləmək üçün aprelin 29-da seçkinin ikinci mərhələsini keçirəcək.
Bunu martın 14-də dövlət televiziyası ilə seçki qərargahının katibi Ali Motlagh bəyan edib.
Qeyd edək ki, fevralın 26-də keçirilən parlament seçkisində bu dairələrdə qalib müəyyən edilməyib.
İranın seçki qanunvericiliyinə görə, hər bir deputat azı 25 faiz səs toplamalıdır.
Amma bu 290 yerdən , 221-də baş tutub.
Seçkinin birinci mərhələsində prezident Hassan Rohaninin tərəfdarları uğur qazanıb.