Neft ucuzlaşır

-

Neftin qiyməti düşməyə başlayıb. Səbəb İranın hasilatın dondurulması təklifinə hələlik qarşı çıxmasıdır.

Martın 14-də neftin barreli 3 faiz düşüb, martın 15-də isə 40 dollara bərabərləşib.

Rusiyanın Enerji naziri Alexandr Novak da deyib ki, Tehran hasilatın dondurulması təşəbbüsünə dərhal qoşulmayacaq, öncə hasilatı sanksiyalardan əvvəlki səviyyəyə çatdıracaq.

Tehranda iranlı həmkarıyla görüşdən sonra Novak söyləyib ki, İranın durumu özəldir, ancaq ümumilikdə ixracatçılar arasında koordinasiyanı dəstəkləyir.