Əsrin sonunadək ABŞ sahillərini su basacaq

Foto arxiv

ABŞ-ın sahilyanı rayonlarını 100 illiyin sonunadək su basa bilər.

Buna səbəb iqlim dəyişikliyi nəticəsində okeanın səviyyəsinin qalxmasıdır.

2100-cü ildə məcburi köçkünlərin sayı 13 miyon nəfərə çata bilər.

Bunun 6 milyonu Floridaya aiddir.

Alimlərin gəldiyi nəticəyə görə, sahil boyu okeanın səviyyəsi 180 sm qalxa bilər və Luiziana ştatından, təxminən 1 miyon 300 min, Kaliforniyadan isə 1 miyon adam qaçqın düşə bilər.

Professor Dipak Mişra təhlükənin əvvəllər gözləndiyindən daha ciddi olduğunu deyir.

Alimlər hesab edir Nyu Orlean və Mayami kimi şəhərlər suyun altında qala bilər.

Həmçinin Florida və Cənubi Karolinanın bir sıra dairələrində əhalinin 80 faizi məcburi köçkün düşə bilər.