-
Azərbaycanda mövcud nazirliklərin sayı azaldılmalıdır.
Bu təkliflə parlamentdə deputat Əli Məsimli çıxış edib.
Report-un xəbərinə görə, Əli Məsimli deyib ki, Azərbaycanda nazirliklərin sayı çoxdur.
“Hazırda ölkədə 20 nazirlik var. Bu məsələ islahatlara ciddi maneçilik göstərən amillərdən olacaq. Nazirliklərin sayının 15-ə kimi azaldılması islahatların genişlənməsinə imkanlar aça bilər” - deyə deputat qeyd edib.