Belçika polisi atəşə tutulub

Foto arxiv

Belçika polisi Brüsseldə keçirilən reyd zamanı atəşə tutulub.

Polislər ötən il Parisdə törədilən terror aktlarının təşkilatçılarını axtarırmış.

Bu barədə France-Press agentliyi martın 15-də Belçika prokurorluğuna istinadla xəbər verir.

Prokurorluğun sözçüsü Eric Van Der Sypt-un məlumatına görə, reyd Brüsselin cənubundakı müşəlikdə keçirilib.

1 polis nəfərinin yüngül xəsarət aldığı bildirilir.

Ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktlarının əsas təşkilatçıları hesab olunan Salah Abdeslam və onun silahdaşı Mohamed Abrini hələ də azadlıqdadır.

Bu terror aktı ilə bağlı indiyədək 11 nəfər həbs olunub.