"Braqa"-"Fənərbaxça" görüşünün hakimləri

Foto arxiv

Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Braqa" - "Fənərbaxça" görüşünü xorvatiyalı hakimlər idarə edəcək.

UEFA-nın məlumatına görə oyunun baş hakimi İvan Bebek olacaq.

Ona Tomislav Petroviç və Miro Grgiç köməklik edəcək.

Dördüncü hakim isə Qoran Pataki olacaq.

"Braqa" - "Fənərbaxça" görüşü martın 17-i keçiriləcək.

Qeyd edək ki, İstanbulda keçirilən ilk görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə olub.