ABŞ Dövlət katibi John Kerri gələn həftə Moskvaya gedəcək.
Səfər zamanı Rusiya qüvvələrinin Suriyadan çıxarılması və Suriyada siyasi keçid prosesi müzakirə olunacaq.
Kerry martın 15-də bildirib ki, səfər zamanı prezident Vladimir Putinlə görüşəcək.
O Suriyada sülh prosesinin çox vacib mərhələyə çatdığını deyib.
Qeyd edək ki, Rusiya martın 15-dən Suriyadakı əsas hərbi qüvvələrinin çıxarılmasına başlayıb.
Rusiya Suriya müharibəsində prezident Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.