Neytral meydanda oynayacaqlar

Arxiv fotosu

-

Səudiyyə Ərəbistanı və İranın futbol komandalı bu il Asiya Çempionlar Liqası çərçivəsində neytral meydanda oynayacaqlar. Səbəb ikitərəfli münasibətlərin pisləşməsidir.

Asiya Futbol Konfederasiyası bildirib ki, iki ölkə martın 15-dək qoyulmuş son tarixədək futbol klubları arasında “normal münasibətlər” qura bilməyib.

Yanvarda Səudiyyə tanınmış şiə ruhanisini edam edəndən sonra Tehrandakı Səudiyyə səfirliyinə hücum olub. Bundan sonra Ər-Riyad Tehranla münasibətləri kəsib.

Konfederasiya ölkələrə yeni meydanlar təklif etməkdən ötrü martın 25-dək vaxt verib.

Oyunlar apreldə və mayda keçirilməlidir.