Süni intellekt 9 danlı «Go» oyunçusuna qalib gəldi

Sedol vs. AlphaGo

-

«Google»un süni intellekt proqramı «AlphaGo» bu dəfə peşəkar «Go» oyunçusu Lee Sedol-la qarşılaşıb.

8-15 mart tarixləri arasında keçirilən 5 oyun izləyicilərin diqqətini çəkib. Oyunlar «Youtube»da canlı yayımlanıb.

İlk üç oyunda «AlphaGo» Sedol-u məğlub edib. Dördüncü oyunda «Go»nun əfsanəsi proqrama qalib gəlməyi bacarıb.

Martın 15-də keçirilən son oyunda isə süni intellekt «Go» oyununun ən yüksək dərəcəsinə (9 dan) sahib Lee Sedol-u yenə udub. Beləliklə, «AlphaGo» 4:1 hesabıyla turnirin qalibi olub.

1 MİLYON DOLLAR MÜKAFAT

Lee Sedol süni zəkanın gücü qarşısında təəccübünü gizlədə bilməyib. O,insanın bacarmayacağı gedişlərlə üzləşdiyini söyləyib.

Razılaşmaya görə, Sedol bir oyunda qalib gəldiyi üçün 1 milyon dollar mükafat qazanıb.