Obama Səudiyyə Ərəbistanına gedəcək

Barack Obama

ABŞ Prezidenti Barack Obamanın gələn ay Səudiyyə Ərəbistanı və Böyük Britaniyaya səfəri gözlənilir.

Ağ Ev-in məlumatına görə, Obama aprelin 21-də Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

Danışıqlar zamanı “İslam Dövləti” qrupu ilə mübarizə və Yaxın Şərqdə təhlükəsizlik problemləri müzakirə olunacaq.

Britaniyaya səfəri zamanı isə Obama kraliça II Yelizaveta ilə nahar edəcək və baş nazir David Cameronla görüşəcək.

Obama Böyük Britaniyanı iyunda keçiriləcək referendum zamanı Avropa Birliyində qalmağa çağırıb.

Obama həmçinin Avropaya səfəri çərçivəsində Almaniya kansleri Angela Merkellə görüşəcək, Hanoverdəki ticarət sərgisində iştirak edəcək.