-
Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri ”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, buna uyğun olaraq, inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupa Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov rəhbərlik edəcək.
İşçı qrup 6 ay ərzində bu layihələri işləyib prezidentə təqdim etməlididir:
- 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini
- 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini
- 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.