Savchenko-ya azadlıq tələb edirlər

Nadiya Savchenko

-

ABŞ Prezidenti Barack Obama və dünyanın iqtisadi gücləri Rusiya Prezidenti Vladimir Putin-i ukraynalı pilot Nadia Savchenko-nu azadlığa buraxmağa çağırırlar.

ABŞ prezidenti martın 16-da Putin-ə zəng edib, ona deyib ki, Savchenko-nu buraxmalıdır, Minsk razılaşmasına əməl etməlidir. Həmin razılaşma Ukraynanın şərqində münaqişə tərəflərindən qanunsuz saxlanan şəxsləri buraxmağı tələb edir. Məlumatı Associated Press və Interfax yayıb.

Böyük 7-liyin Kiyevdəki səfirləri də oxşar çağırış ediblər. Bəyanat Yaponiya səfirliyinin saytında yerləşdirilib.
Rusiya 34 yaşlı pilotu Ukraynanın şərqində öldürülmüş iki rusiyalı jurnalistin yerini göstərməkdə ittiham edir. Savchenko-ya 23 il cəza istənilib.