Almaniya Ankaradakı səfirliyini bağladı.

Foto arxiv

Almaniya Ankaradakı səfirliyi və baş konsulluğunu bağlayıb.

Almaniya xarici işlər nazirliyinin məlumatına görə bu yeni terror təhlükəsi ilə bağlıdır.

İstanbuldakı alman məktəbi də bağlanıb.

Almaniya hakimiyyəti martın 15-də Ankaradakı Almaniya vətəndaşlarına mümkün terror aktı barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, martın 13-də Ankarada 37 nəfərin ölümü ilə nəticələnən terror aktlarına görə cavabdehliyi PKK-a ilə əlbir olan “Kürdüstan Azadlıq Şahinləri” qrupu (TAK) üzərinə götürüb.

Qrup bu gün bir daha Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində keçirdiyi reydlərə görə yeni hücumlarla hədələyib.

Reydlər Ankarada törədilən son terror aktlarından sonra başlanıb.

Fevralın 17-də Ankarada 29 nəfərin ölümünə səbəb olan partlayışa görə də cavabdehliyi bu qrup üzərinə götürüb.