Ələtdə azad ticarət zonası yaradılacaq

Prezident İlham Əliyev Ələtdə yol layihəsinə baxış keçirir. 2011

-

Prezident İlham Əliyev Ələt qəsəbəsində azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı sərəncam imzalayıb.

Bura Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil edilir.

Ölkə başçısının martın 17-də imzaladığı sərəncam Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, çox şaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədini daşıyır.

Sərəncamla İqtisadiyyat nazirliyinə xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflər hazırlayıb təqdim etmək tapşırılıb. Prezident Nazirlər Kabinetinə, maliyyə, ekologiya və təbii sərvətlər nazirliklərinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə də müvafiq tapşırıqlar verib.

Azad ticarət zonası ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır, həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir