Ukrayna prezidenti Petro Poroshenko Avropa Birliyinə ölkədəsi siyasi böhranın ayın sonunadək yoluna qoyulacağını vəd edib.
O bunu martın 17-də Brüsseldə Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jean Claude Junckerlə keçirdiyi birgə mətbuat konfransında deyib.
Qeyd edək ki, son aylar Ukraynada siyasi böhran yaranıb. Bir sıra partiyalar hakim koalisiyadan çıxıb.
Bu yaxınlarda baş nazir Arseniy Yatsenyuka qarşı etimad səsverməsi keçirilsə d o, səsvermədən qalib çıxıb.